Samir Əliyev millimizi məşqə çıxardı

10.10.2024 03:57 477
Ölkə futbolu
21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı keçiriləcək səfər oyunlarına hazırlığını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, Samir Əliyevin komandası Neftçi Futbol Mərkəzində növbəti məşqinə çıxıb.

Qeyd edək ki, U-21 oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18.00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22.30-da isə Bristolda İngiltərə seçməsi ilə qarşılaşacaq.