Canluici Donnarummanın səhhəti ilə bağı xoş xəbər yayılıb.
PSJ-nin qapıçısı zədəsini sağaldıb. Bu barədə “RMC Sport”un yaydığı məlumata görə, 25 yaşlı futbolçu artıq komanda ilə məşqlərə başlayıb. Canluici zədə səbəbindən 2 matçı buraxıb - “Reyms” və “Jirona” ilə oyunlarda komandasına kömək edə bilməyib.
Donnarumma PSJ-də 2021-ci ilin yayından oynayır. O, ötən müddət ərzində klubda 118 oyun keçirib.