Məşhur braziliyalı sıraya döndü

20.07.2024 23:59 293
Dünya futbolu
Neymardan xoş xəbər var.

"Football-plus.az" xəbər verir ki, “Əl-Hilal”ın hücumçusu zədəsini sağaldıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı braziliyalı futbolçu uzun müddətdən sonra komanda ilə məşqlərə başlayıb.

Neymar “Əl-Hilal”da 2023-cü ilin yayından çıxış edir. O, sol dizindəki zədə səbəbindən ötən ilin oktyabrından meydana çıxmırdı.