Avropa çempionu ilə bağlı yeni qərar

8.05.2024 17:55 113
Dünya futbolu
Canluici Donnarummanın hazırkı klubunda daha çox oynamaq imkanı var.

PSJ onunla bağlı qərar verib. Jurnalist Canluka Di Martsionun yaydığı xəbərə görə, Paris klubu 25 yaşlı qapıçı ilə 2026-cı ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmaq istəyir. PSJ rəhbərliyi Avropa çempionu ilə danışıq aparmağı planlaşdırır. Planda Canluicinin komandanın kapitanı olmaq ehtimalı da nəzərdə tutulub.

Donnarumma Paris klubunda 2021-ci ilin yayından çıxış edir. O, cari mövsümdə bütün yarışlarda 40 matçda iştirak edib, 36 qol buraxıb və 16 matçda qapısını toxunulmaz saxlayıb.