Müqavilə ilə ''Torino''ya məxsus olan türkiyəli futbolçu Əmirhan İlkhan uzun müddətə sıradan çıxıb.
İstedadlı yarımmüdafiəçi İtaliya klubunun son məşqində zədələnib. Onun zədəsi ilə bağlı məlumat verilməsə də, Türkiyə mətbuatının yazdığına görə İlkhan ən azı 6 aylığa sıradan çıxıb. Bu futbolçu ''Konyaspor''a keçməyin biraddımlığında idi. Onun Türkiyəyə gələrək icarə əsasında imzalayacağı müqavilənin son detallarını razılaşdıracağı gözlənilirdi. Amma bu zədə bu transferin üzərindən xətt çəkdi.
Qeyd edək ki, 20 yaşlı Əmirhan ''Beşiktaş''ın yetirməsidi və onun ulduzu Sərgən Yalçının sayəsində parlamışdı. Amma adından bir balaca söz etdirən kimi o, 2022-nin yayında 4,5 milyon avroya ''Torino''ya yollandı. Burda isə həm zədələndi, həm də özünü göstərə bilmədi. O, 2022/23-ün ikinci dövrəsini icarə əsasında ''Sampdoriya''da, ötən mövsümü isə ''İstanbul BŞ''də keçirmişdi. Əmirhan indiyə qədər karyerasında keçirdiyi 92 rəsmi oyunda 16 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ