Vozinyanın “Kolo Kolo”ya keçidi rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, Çili klubu Kabo Verde yığmasının qapıçısının transferini rəsmən açıqlayıb. 40 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmasa da, “transfermarkt”a görə, sözləşmə bu il dekabrın 31-dək qüvvədə olacaq.
Vozinya bu il dünya çempionatında 4 oyunda meydana çıxıb və 2 matçda qapısını toxunulmaz saxlayıb. Onun əvvəlki klubu Portuqaliyanın 2-ci divizionunda çıxış edən “Şaviş” olub. Təcrübəli qapıçı ötən mövsüm bütün turnirlərdə 19 matç keçirib, 6 oyunda qol buraxmayıb.