Turini tərk etdi

27.08.2026 23:10 11
Dünya futbolu
Joao Mario İtaliyada klubunu dəyişib.

"Football-plus.az" xəbər verir ki, “Fiorentina” “Yuventus”un futbolçusunu heyətinə cəlb edib.

Florensiya klubunun mətbuat xidmətinin məlumatına görə, 26 yaşlı portuqaliyalı müdafiəçi 2026/27 mövsümünün sonunadək icarə əsasında yeni komandasında çıxış edəcək.

Xatırladaq ki, Mario “Yuventus”a 2025-ci ilin yayında “Portu”dan transfer edilib.