Madriddən Londona yollandı

27.08.2026 15:29 18
Dünya futbolu
Qonsalo Qarsiya “Real”ı tərk edib.

"Football-plus.az" xəbər verir ki, “Fulhem” onun transferini rəsmən açıqlayıb.

İngiltərə klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, 22 yaşlı ispaniyalı futbolçu londonlularla müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Transferin dəyəri 40 milyon avro + 2 milyon avro bonus təşkil edib. Razılaşmaya əsasən, “Real” futbolçunun gələcək satışından 30 faiz pay əldə edəcək.

Qonsalo ötən mövsüm La Liqada meydana çıxdığı 30 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.