Gözlənildiyi kimi, Denni Uelbek İngiltərədə iş yerini dəyişib. “Çelsi” heyətini təcrübəli hücumçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, London klubu 35 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb. “Brayton”dan ayrılan Uelbek yeni klubu ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
İngiltərəli hücumçu ötən mövsüm premyer-liqada meydana çıxdığı 37 oyunda 13 qol vuraraq karyerasının ən məhsuldar çempionatını keçirib.