Fransa yığması bu gün keçiriləcək Kanada ilə yoldaşlıq matçına itki ilə çıxacaq.
“Football-plus.az” xəbər verir ki, milli komandanın hücumçusu Kilian Mbappe son məşqi buraxıb. Buna onun belindəki ağrı səbəb olub. Kilian iyunun 5-də Lüksemburqla keçirilən oyundan əvvəl də 72 saat ərzində belində problem yaşamışdı. Amma narahatlığın ciddi olmadığı qeyd edilir. Ulduz futboçu bu gün əlavə müayinədən keçəcək.
Fransa - Kanada matçı saat 23.15-də başlayacaq.