Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatında qızların yarışı davam edir.
"Football-plus.az" xəbər verir ki, daha 5 güləşçimiz bu gün mübarizəyə başlayacaq.
Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində israilli Sela Rozovla üz-üzə gələcək.
Fidan Babayeva (61 kq) və Simurə Abdullayeva (69 kq) 1/8 finalda, Gülxanım Şirinova (40 kq) və Nuray Cəfərli (46 kq) isə 1/4 finalda xalça üzərinə çıxacaqlar.