“Zirə” sabah Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Payde”ni qəbul edəcək. Estoniya təmsilçisinə ilk matçda uduzan “qartallar” rəqibini “doğma divarlar” arasında azı iki top fərqi ilə məğlub etməlidi.
İş ondadı ki, qarşılaşma üçün biletlər hələ satışa çıxarılmayıb. Bunun səbəbini öyrənmək məqsədilə “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında biletlərin sabah satışa çıxarılacağını, ictimaiyyətə bu barədə məlumat veriləcəyini dedi.
Xatırladaq ki, Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçiriləcək oyun saat 20.00-da başlayacaq.
KƏNAN BAHADIR