"Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq

29.07.2026 22:21 17
Ölkə futbolu
Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı növbəti rəqibi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda iyulun 31-də Türkiyə təmsilçisi "Iğdır" ilə qarşılaşacaq.

"Turan Tovuz" bunadək İranın U-21 millisi ilə və "Fatih Karagümrük"lə qarşılaşıb və hər iki oyunda 1:1 hesablı heç-heçə edib.