Slavko Vinçiç yaşıl meydandakı fəaliyyəti ilə bağlı vacib qərar verib. Sloveniyalı futbol hakimi karyerasını başa vurub.
"Football-plus.az" xəbər verir ki, bu barədə Sloveniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Vinçiç bu yay keçirilən dünya çempionatının final oyununu idarə edib. İyulun 19-da keçirilən həlledici oyunda İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edib.
48 yaşlı sloveniyalı dünyanın yaşıl meydanlarında 2010-cu ildən FİFA kateqoriyalı hakim kimi fəaliyyət göstərirdi. O, 2022-ci ildə Avropa Liqasının, 2024-cü ildə isə Çempionlar Liqasının final oyununu da idarə edib.