AFFA-nın baş katibi Cahangir Fərəcullayev Gürcüstanın Batumi şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa çempionatının (EBSL) B Liqasının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.
"Football-plus.az" xəbər verir ki, görüşdə Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, milli komandanın məşqçi heyəti və futbolçuları iştiral ediblər.
Cahangir Fərəcullayev komandanı B Liqasının qalibi olması və A Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib. Baş katib millimizə Avropanın ən güclü komandalarının mübarizə apardığı A Liqasında uğurlar arzulayıb.