"Sabah"ın rəqibi bəlli oldu - ÇL

29.07.2026 23:54 48
Avrokuboklar
Bu gün “Sabah”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan çempionunun rəqibi “Lex” (Polşa) – “Orxus” (Danimarka) cütünün qalibi olub. Bu komandaların ilk görüşündə “Lex” səfərdə 4:1 hesabı ilə qələbə qazanmışdı.

Poznan şəhər stadionunda keçirilən cavab qarşılaşmasında isə Danimarka təmsilçisi eyni hesabla qalib gəlib - 4:1 (3:0 əsas vaxtda, 1:1 əlavə vaxtda).

Beləliklə, qalibi penaltilər seriyası müəyyən edib. Burda daha dəqiq olan “Orxus” (4:3) növbəti mərhələyə yüksəlməklə “Sabah”a rəqib olub.

ÇL-də 3-cü təsnifat mərhələsinin matçları 4/5 avqust və 11 avqusta təyin edilib. “Sabah” ilk oyununu Danimarkada keçirəcək.