PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkatma mərasiminə qatılmaqdan imtina edib.
Fransa Futbol Federasiyasının DÇ-2022-nin təşkilatçıları ilə uyğun razılığı olsa da, gənc ulduz yığmanın kapitanı olmadığını əsas gətirərək, mərasimə qatılmaq təklifindən boyun qaçırıb. O da deyilir ki, Mbappe püşkatma günü PJS-nin düşərgəsində olmalıdı. Parislilər aprelin 3-də “Loryan”a qarşı çempionat oyununa çıxacaqlar.
Hazırda Qətər mundialına qatılacaq 32 yığmadan 27-si bəllidi. Aprelin 1-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.