PSJ Mbappesiz başlayacaq

6.08.2022 14:10 382
Dünya futbolu
Kilian Mbappe komandasına Fransa çempionatında yeni mövsümün ilk matçında kömək edə bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, PSJ-nin hücumçusu Liqa 1-in ilk turunun “Klermon”la oyununu buraxacaq. Buna səbəb onun zədələnməsidi. Kilianın zədəsinin dəqiq xarakteri 72 saat ərzində məlum olacaq. “Klermon” - PSJ matçı bu gün saat 23.00-da başlayacaq.