Ötən “futbol ili”ndə elitada yerini pley-off matçında “Mingəçevir”i məğlub etməklə qoruyan “Qəbələ”də bugünlərdə sürpriz ayrılıq yaşanıb. Belə ki, ötən mövsüm keçirdiyi 30 oyunda 4 qol vuran, 1 məhsuldar ötürmə verən Prins Ovusu satılıb. 20 yaşlı qanalı vingerin Slovakiyanın “Dunayska Streda” klubuna keçidi baş tutub.
Belə önəmli oyunçunun satılması klubun maliyyə imkanlarının onu heyətdə saxlamağa cavab vermədiyini göstərir? “Qırmızı-qaralar” belə futbolçunu buraxırsa, növbəti mövsüm necə iddialı çıxış edə bilər? “Football-plus.az” olaraq, bu suallara cavab tapmaq üçün “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq:
“Bu klubun strategiyasıdı. Maliyyə cəhətdən heç bir problemimiz yoxdu. Sərfəli təklif aldıq. Gənc futbolçuları yetişdirib Avropaya satmaq klublarımızın strategiyasıdı”.
İSRAYIL XEYRULLAYEV






