“Sabah” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində KuPS-un meydanında qələbə qazandı – 2:0. İlk matçda 1:0 hesablı qələbəyə sevinən “bayquşlar” növbəti mərhələyə yüksəldi.
“Football-plus.az” xəbər verir ki, Finlandiya təmsilçisinin rəsmi saytında bu barədə yazı dərc olunub. “Kups.fi”də bildirilib:
“Meydan sahibləri “Vare Arena”da keçirilən matçda tarixinin növbəti uğuruna imza atmaq üçün əlindən gələni etdi. Birinci hissədə “Sabah”dan üstün performans sərgiləyən finlər Bakıdakı oyunla müqayisədə hadisələrin axarını dəyişməyə nail oldu. Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı. Lakin bütün cəhdlərə rəğmən, ümumi hesabı bərabərləşdirmək mümkün olmadı. Belədə ikinci yarıda qollar vuran “Sabah” növbəti mərhələyə adladı. Bizim üçün Çempionlar Liqası macərası başa çatdı. Yola Avropa Liqasında davam edəcəyik”.
KƏNAN BAHADIR