"Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı

30.07.2026 16:53 24
Avrokuboklar
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" - "Orhus" (Danimarka) cavab oyununa hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, matç Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Juan Pineyru olacaq. Ona yan xətt hakimləri qismində Lusiano Maria və Hüqo Markes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək.

VAR hakimi Tyaqu Martins, VAR hakiminin köməkçisi isə Andre Narkiso olacaq.

Komandalar arasında ilk oyun avqustun 5-də Danimarkada, cavab matçı isə 11-də Bakıda baş tutacaq.