Mark van Bommelin Belçika yığmasına baş məşqçi təyinatı rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə Belçika Kral Futbol İttifaqı (BKFİ) məlumat yayıb.
49 yaşlı niderlandlı mütəxəssis vəzifəsinin icrasına avqustun 15-dən başlayacaq. Onunla müqavilənin müddəti 2028-ci ildə keçiriləcək Avropa çempionatının sonunadək nəzərdə tutulub. Van Bommel bundan əvvəl 2022-24-cü illərdə Yerli “Antver”i çalışdırıb. Komanda onun rəhbərliyi altında Belçika çempionu, ölkə kubokunun və Superkubokunun qalibi olub.
Xatırladaq ki, BKFİ dünya çempionatından sonra Rudi Qarsiya ilə yolları ayırmışdı. Halbuki milli komanda 1/4 finalda İspaniyaya yalnız son dəqiqələrdə buraxdığı qolla uduzmuşdu (1:2).
Belçikanın gələcək çempiona qol vuran yeganə komanda olduğunu da vurğulayaq.