Mbappe artıq sərbəstlik qazanıb

5.01.2024 10:31 211
Dünya futbolu
Kilian Mbappe artıq gələcəyini özü müəyyən edə bilər.

"Football-plus.az" xəbər verir ki, PSJ-nin hücumçusu yanvarın 1-dən digər klublarla danışıqlar aparmaq hüququ əldə edib.

Mbappenin müqaviləsinin müddəti bu il iyunun 30-da başa çatacaq və o, həmin vaxt azad agent olacaq. Bu isə o deməkdi ki, Fransa klubu qarşıdakı 6 ayda onun digər klublarla danışıq aparmasına mane ola bilməyəcək.

Mbappe ilə “Real” və “Liverpul”un maraqlandığı iddia edilir. PSJ rəhbərliyi dünya çempionu ilə müqaviləni yeniləmək istəyir. Lakin Kilianın buna o qədər də meyilli olmadığı iddia edilir.