"Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də

30.07.2026 11:00 9
Ölkə futbolu
“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisi bu dəfə Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib. 26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Son olaraq “Şamaxı”da çıxış edən Rafael Məhərrəmli ötən mövsüm premyer-liqada 16 oyun keçirib.