Nikolas Otamendi gözlənilən qərarı verib. O, Argentina yığmasındakı karyerasını başa vurduğunu elan edib.
"Football-plus.az" xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
“River Pleyt”in oyunçusu milli komandadan olan oyundaşlarına müraciət edərək onları heç vaxt təslim olmamağa çağırıb. 2009-cu ildən yığmada 139 oyun keçirən təcrübəli müdafiəçi 2022-ci ildə dünya çempionu, bu il isə mundialın gümüş mükafatçı olub. Nikolas Avropada “Valensiya”, “Mançester Siti” və “Benfika”da oynayıb.