Millimizin sabiq üzvü Ruslan Abışov Rusiyanın “Dinamo” (Mahaçqala) klubunda təcrübə keçir.
"Football-plus.az" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
Ruslan Abışov "Dinamo"nun baş məşqçisi Qurban Berdiyevin yanında məşqçiliklə bağlı təcrübə toplayır. Ruslan yaya qədər "Dinamo"nun düşərgəsində təcrübə keçəcək.
Qeyd edək ki, Ruslan Abışov 2013-cü ilin fevralından 2014-cü ilin yayına qədər Qurban Berdıyevin çalışdırdığı “Rubin”də çıxış edib.