Məhəmməd Salahın transferi ilə diqqət çəkən ''Trabzonspor'' bu günlərdə mühüm bir satış da həyata keçirib.
Belə ki, Trabzon təmsilçisi öz yetirməsi olan Salih Malkoçoğlunun ''Əl-Cəzirə''yə transfer olunduğunu açıqlayıb. Bu transfer BƏƏ təmsilçisinə 3,75 milyon avroya başa gəlib. Bundan başqa müqavilədə şərtə bağlı maksimum 600 min avroluq bonuslar da var. Yəni qaradənizlilər bu satışdan ümumilikdə 4,35 milyon avro qazana bilərlər. Bundan başqa müqavilədə sonrakı satışdan 15 faiz pay maddəsi də mövcuddu.
Qeyd edək ki, Salih Malkoçoğlu 2024/25-də UEFA Gənclər Liqasında sürpriz şəkildə finala qədər irəliləyən və həlledici oyunda ''Barselona''ya uduzan ''Trabzonspor''un liderlərindən biri idi. Əsas komandada isə o, aparıcı futbolçuya çevrilə bilmədi.
Əsasən dayaq yarımmüdafiəçisi mövqeyində oynayan 21 yaşlı Malkoçoğlu ''Trabzonspor''da ümumilikdə 22 rəsmi oyun keçirib.