Bu gün AFFA-nın inzibati binasında jurnalistlər üçün yeni futbol qaydalarının təqdimat tədbiri keçirilib. Tədbirdə Hakimlər Komitəsinin sədri Rəhim Həsənov yeni qaydalarla bağlı ətraflı məlumat verib.
“Football-plus.az” olaraq, sizi yeni qaydalarla tanış edirik.
İlk yenilik oyun zamanı vaxt itkisinin qarşısının alınması ilə bağlıdı. Öndə olan komandanın vaxtı uzatmasının qarşısını almaq üçün belə addım atılıb. Rəhim Həsənov bildirdi ki, dekabrda keçirilən iclasdan sonra yerdə qalan futbolçu olduğu halda, zədə halları istisna olmaqla, oyunun dayandırılmaması qərara alınıb.
İkinci əsas yenilik isə əvəzetmələrin vaxtla məhdudlaşdırılmasıdı. Yeni qaydalara əsasən, əvəzlənən futbolçu 10 saniyə ərzində meydanı tərk etməlidi. Bu müddət ərzində meydanı tərk etməzsə, əvəzedici futbolçu oyunun bərpasından sonra 1 dəqiqə ərzində baş verəcək ilk oyun dayanmasından əvvəl meydana daxil ola bilməz.
Əvəz edilən futbolçu yalnız 10 saniyəlik müddət başa çatandan sonra xəbərdarlıq ala bilər. Həmçinin əvəzetmə ləğv edilə bilməz və həmin futbolçunun əvəzinə başqa əvəzedicidən istifadə olunmasına icazə verilmir.
Yeni qaydalara əsasən, qapıçının da meydanı qapı xəttindən tərk etməsi tələb oluna bilər.
Oyunun dayanması zamanı birdən çox əvəzetmə həyata keçirildikdə isə əvəz olunan bütün futbolçular sonuncu əvəzetmənin göstərilməsindən sonra 10 saniyə ərzində meydanı tərk etməlidilər. Bu müddət ərzində futbolçulardan biri meydanı tərk etməzsə, meydana son daxil olacaq əvəzedici oyunçu 1 dəqiqə ərzində meydandan kənarda gözləməli olacaq.
Oyun meydanında müalicə/müayinə olunan və ya oyunun dayandırılmasına, yaxud oyunun bərpasının gecikdirilməsinə səbəb zədəli futbolçu 1 dəqiqə ərzində meydanı tərk etməli və meydandan kənarda qalmalıdı. Hakim top oyunda ikən geri qayıtmasına icazə verə bilər.
Rəqib futbolçuya sarı və qırmızı vərəqə verilərsə, meydanı tərk etməyə ehtiyac yoxdu.
Qapıçı və eyni komandanın futbolçuları xəsarət alarsa, bu qayda tələb olunmur.
Baş zədəsi və ürəktutması hallarında futbolçu kənara gətiriləcək və burda müalicə alacaq.
Hakim oyunçudan həkimə ehtiyac olub-olmadığını soruşmağa təşəbbüs etməlidi. Oyunçu özü meydanı tərk edərsə, bu qayda şamil olunmur, istənilən vaxt meydana daxil ola bilər.
Növbəti dəyişiklik yan xətdən və qapıdan zərbə ilə bağlıdı. Oyunçu və qapıçı 5 saniyə ərzində oyunu bərpa etməlidi. Bu hal baş tutmazsa, top rəqib futbolçulara veriləcək. Qapıdan zərbədə isə künc zərbələri ilə cəza tədbiri görüləcək.
Rəqib futbolçulara mane olan zinnət əşyalarına icazə verilmir.
“Mübahisəli top” termini “hakim atışı” termini ilə əvəzlənib. Top hakimə dəyərsə, bu zaman referi özü topun hansı komanda üçün atılmasına qərar verəcək.
Futbolçu rəaibi aşkar qol vurmaq imkanından məhrum etməyə çalışarsa, lakin bu cəhd baş tutmadan rəqib qol vurarsa, hakimin vərəqə vermək səlahiyyəti yoxdu.
İSRAYIL XEYRULLAYEV