“Sabah” Misli premyer-liqasında 50-ci "quru" oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, bu, 20-ci turda "Zirə" ilə oyuna (1:0) təsadüf edib.
2018/19 mövsümündən premyer-liqada mübarizə aparan paytaxt təmsilçisi 161-ci qarşılaşmada “100”ü yarılayıb. “Sabah” evdə 23, səfərdə 27 görüşü qol buraxmadan tərk edib. Bakı təmsilçisi ölkə çempionatlarında 50 və daha çox quru oyun keçirən 21-ci komandadı.
“Sabah”ın premyer-liqada qol buraxmadığı ilk matç 2018-ci il avqustun 12-də baş tutub. Həmin gün “Şamaxı” üzərində 1:0 hesablı səfər qələbəsi əldə olunub.