Ruslan Abışov futbolda qalacaq

22.11.2023 12:16 269
Aktual / Ölkə futbolu
Ötən ay karyerasını bitirdiyini açıqlayan millimizin sabiq üzvü Ruslan Abışov futbolçu karyerasının son oyununa çıxdı.

36 yaşlı veteran müdafiəçi yetirməsi olduğu "Neftçi"nin heyətində Bakıda "Zenit"ə qarşı yoldaşlıq matçında sonuncu dəfə yaşıl meydana ayaq basdı. Bəs Ruslan bundan sonrakı karyerası barədə hansı qərarı verəcək? Bu sualı Abışovun qardaşı Sərxan İbrahimova ünvanladıq:

"Ruslan indi dil biliyini təkmilləşdirmək üçün kursa yazılıb. Bundan sonra müəyyən seminarlara qatılacaq. Bir sözlə, futbol sahəsində olacaq. Bu, idarəçilik və ya məşqçi kimi ola bilər. Xarici ölkələrdəki tanınmış məşqçiçinin yanına da yollanmaq planı var. Hələ ki futbolu təzə bitirib, ancaq hədəfləri bu yöndədi".