Xviça Kvaratsxeliya mövsümün sonunda “Napoli”ni tərk edə bilər.
"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi karyerasını “Bavariya”da davam etdirə bilər. “Sky Sport Germany”nin məlumatına görə, Münhen klubu gürcüstanlı futbolçunun transferində maraqlıdı. Xviçanın “Napoli” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. Bu günlərdə İtaliya klubunun onunla müqaviləni yeniləmək istədiyi xəbər verilmişdi.
Kvaratsxeliya bu mövsüm neapolluların heyətində bütün turnirlərdə 15 matçda iştirak edib, 3 qol vurub və 5 qolun ötürməsini verib.