Onun yolu Madridədi?

4.06.2026 21:57 70
Dünya futbolu
Bernardo Silvanın “Manşester Siti”dən ayrılacağı çoxdan bəllidi. Təcrübəli futbolçu İspaniyaya üz tuta bilər.

"Football-plus.az" xəbər verir ki, “Atletiko” rəhbərliyi portuqaliyalı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.

“Marca” nəşrinin yaydığı məlumata görə, Bernardo da Madrid klubuna keçməyə isti yanaşır. Rəhbərlik onu komandadan ayrılacaq Antuan Qrizmannın layiqli xələfi kimi nəzərdən keçirir. İddiaya görə, paytaxt klubu artıq 31 yaşlı oyunçunun meneceri ilə danışıqlarda müəyyən irəliləyişə nail olub. “Atletiko” portuqaliyalıya daha bir mövsüm yenilənmə variantı ilə 2 illik müqavilə təklif etməyə hazırdı.

Silva cari mövsümdə MS-nin heyətində bütün turnirlərdə 52 matçda meydana çıxıb, komandaya 3 qol və 5 məhsuldar ötürmə ilə faydalı olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul