"Karvan-Yevlax"da növbəti ayrılıq

5.06.2026 11:23 25
Ölkə futbolu
“Karvan-Yevlax” daha bir legioneri ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi Coy Sleyd Mikelslə müddəti başa çatan müqaviləni yeniləməyib.

Ruandalı premyer-liqanın 2025/26 mövsümündə meydana çıxdığı 19 oyunda 5 qol vurub.

Xatırladaq ki, Yevlax təmsilçisi daha əvvəl Qavi Tompson,Kayl Spens və Pedro Mateusla da yollarını ayırıb.