Kazemironun mövsümün sonunda “Mançester Yunayted”dən ayrılacağı məlum idi. Artıq onun hara üz tutacağı böyük ölçüdə məlumdu.
"Football-plus.az" xəbər verir ki, “İnter Mayami” braziliyalı yarımmüdafiəçini transfer etməyə yaxındı. Bu haqda “The Athletic” qəzeti məlumat yayıb. 34 yaşlı braziliyalı oyunçunun MY ilə müqaviləsinin müddəti bu yay başa çatacaq. Florida klubu onun üçün əsas seçimdi. Tərəflərin yaxında müqavilə imzalayacağı gözlənilir.
Kazemiro “Yunayted”də 2022-ci ildən çıxış edir. O, cari mövsümdə meydana çıxdığı 35 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə verib.