Alfonso Pedrasa mövsümün sonunda “Vilyarreal”ı tərk edəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə İspaniya klubu məlumat yayıb. Pedrasa 2011-ci ildən bəri “Vilyarreal”da çıxış edir. O, məhz həmin il klubun akademiyasına qoşulub. 30 yaşlı futbolçu əsas komandada ümumilikdə 234 matçda meydana çıxıb, 13 qol vurub və 19 məhsuldar ötürmə edib.
O, 2021-ci ildə “Vilyarreal”ın heyətində Avropa Liqasının qalibi adını qazanıb.