“Qarabağ” heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındı.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi “Riyeka”dan Martin Zlomisliçi heyətinə cəlb edəcək. Bu barədə məlumatı “Germanijak” nəşri yayıb.
“Qarabağ”ın bosniyalı qolkiper üçün Xorvatiya klubuna 500 min avro (təqribən 987 min manat) ödəyəcəyi bildirilib. Klubların qapıçının keçidi üçün bir çox məsələlərdə razılaşdığı vurğulanıb.
Zlomisliç Bosniya və Hersoqovina milli komandasının üzvüdü və dünya çempionatı üçün heyətdə yer alıb. O, 2021-ci ildən "Riyeka"da çıxış edir. Qapıçı 2017-21-ci illərdə isə ölkəsində "Şiroki Brieq"də oynayıb.