Neapoldan Münhenə üz tutacaq

29.06.2023 23:10 249
Dünya futbolu
“Bavariya” Kim Min Ce ilə razılığa gəlib.

"Football-plus.az" xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, Münhen klubu 26 yaşlı koreyalı müdafiəçi ilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə üçün anlaşıb. “Bavariya” Kimə görə “Napoli”yə təxminən 50-70 milyon avro ödəyəcək. Kimin növbəti klubundakı illik maaşı təxminən 10-12 milyon avro olacaq.

O, “Napoli”də 2022-ci ildən oynayır. Kim son mövsüm bu komanda ilə İtaliya çempionu olub.