Azarkeşlərin tənqidinə məruz qaldı

4.06.2026 22:58 83
Dünya futbolu
İlya Zabarnı bəlkə də özü də bilmədən azarkeşlərin qəzəbinə tuş gəlib. O, PSJ-nin tərəfdarlarını özündən çıxarıb.

"Football-plus.az" xəbər verir ki, Paris klubunun müdafiəçisi dünya çempionatının reklam kampaniyasında iştirakına görə tənqid olunub.

“RMC Sport” nəşrinin məlumatına görə, reklam çarxında istifadə olunan “Jump” mahnısı PSJ-nin əzəli rəqibi “Marsel”in stadionda səsləndirilən qeyri-rəsmi himn kimi tanınır. Bu seçim Paris klubunun azarkeşləri arasında ciddi narazılıq doğurub. Fanatlar sosial şəbəkələrdə futbolçunu tənqid ediblər.