Elitaya vəsiqə qazanan paytaxt təmsilçisinin bu posta kimi gətirəcəyi böyük maraq doğururr. Bizə çatan bilgiyə görə, paytaxt klubu artıq yeni çalışdırıcı ilə anlaşıb. Hətta müqavilədə imzalanıb.
Bəs həmin yerli məşqçinin adı nə vaxt açıqlanacaq? Klubun mətbuat katibi Heybət Məmmədovun cavabı:
“Yeni baş məşqçimiz yaxın günlərdə rəsmən açıqlanacaq. Hazırda klubumuz tərəfindən bu istiqamətdə addımlar atılır”.
İSRAYIL XEYRULLAYEV





