Vlahoviç hara gedir?

5.06.2026 10:00 71
Dünya futbolu
“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərə premyer-liqasında davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, “Arsenal” serbiyalı forvardın vəziyyətini yaxından izləyən klublardan biridi. London təmsilçisi 26 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmaq variantını nəzərdən keçirir. Vlahoviçin “Yuventus”la müqavilə müddəti iyulun 1-də bitir. Tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar nəticə verməyib.

Vlahoviçin “Yuventus”un illik beş milyon funtluq təklifini qəbul etmədiyi, daha yüksək maaş istədiyi bildirilir. Bu səbəbdən onun yayda Turin klubundan pulsuz ayrılması ehtimalı artır.

Serbiyalı hücumçu cari mövsümdə çempionatda 17 oyunda beş qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul