Gözlənildiyi kimi, Alvaro Arbeloa tezliklə “Real”dan ayrılacaq.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi mövsümün son oyunundan əvvəl təşkil olunan mətbuat konfransında klubdan ayrılacağını açıqlayıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. İspaniyalı mütəxəssis “Kral klubu”na minnətdar olduğunu bildirib.
Yerli mənbələrin yaydığı məlumata görə, “Real”ın yeni baş məşqçisi Joze Mourinyo olacaq. Portuqaliyalı mütəxəssis komandanı 2010-13-cü illərdə də çalışdırıb.