Mövsümün ən yaxşı futbolçusu seçildi

4.06.2026 16:58 53
Dünya futbolu
Yenicə sona çatan mövsümdə bundesliqanın ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi “Bavariya”nın vingeri Maykl Olise olub. Bu barədə Almaniya çempionatının mətbuat xidməti məlumat yayıb. 24 yaşlı fransız futbolçu artıq mükafatını “Köln”ə qarşı keçirdiyi matçdan sonra alıb.

Maykl mövsüm ərzində Almaniya çempionatında 32 oyun keçirib, 15 qol vurub və 19 məhsuldar ötürmə edib.