Mançesterdə Şou sevinci

23.11.2023 22:51 199
Dünya futbolu
Lük Şounun son durumu ilə bağlı sevindirici xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in müdafiəçisi komanda ilə məşqlərə başlayıb. Bu barədə klubun saytı məlumat yayıb. 28 yaşlı futbolçu avqustda ayaq əzələsindən zədə almışdı.

Son xəbərdə onun adının premyer-liqada “Everton”la bazar günü keçiriləcək oyun üçün iştirak ərizəsinə daxil edilə biləcəyi qeyd edilir.