“Sabah” müdafiəçi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.
"Football-plus.az" xəbər verir ki, 31 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2 ildi. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tellur 2022-ci ildən “Sabah”da çıxış edir. Futbolçu Masazır təmsilçisində ümumilikdə 102 oyun keçirib. O, “Sabah”ın heyətində 1 dəfə ölkə çempionu, 2 dəfə isə ölkə kubokunun sahibi olub.