Rahim Sterlinq başına iş açıb: o, polis tərəfindən saxlanılıb.
"Football-plus.az" xəbər verir ki, “Feyenoord”un yarımmüdafiəçisi narkotik vasitənin təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinir. Məşhur futbolçu Hempşirdəki magistral yolda saxlanılıb.
Sterlinq özünün “Lamborghini” markalı avtomobili ilə maneəyə çırpılıb. O, narkotik maddə qəbul etməkdə və saxlamaqda şübhəli bilinir, lakin futbolçu tibbi müayinədən keçməkdən imtina edib. Rahim daha sonra girov qoymaqla sərbəst buraxılıb.
Xatırladaq ki, 31 yaşlı futbolçu bu ilin fevralında “Feyenoord”a keçib. O, Niderland klubunun heyətində 8 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Sterlinq daha əvvəl “Arsenal”, “Mançester Siti”, “Liverpul” kimi aparıcı klublarda da çıxış edib.