Kvaratsxeliya gedəcək, yoxsa qalacaq?

8.06.2023 21:15 234
Dünya futbolu
“Napoli”nin azarkeşləri artıq Xviça Kvaratsxeliyaya görə narahat olmaya bilərlər.

“Football-plus.az” xəbər verir ki, onun agenti Mamuka Cugeli gürcüstanlı yarımmüdafiəçinin klubu ilə yeni müqavilə imzalamağa hazır olduğunu bildirib:
“Biz “Napoli” ilə müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəlmək istəyirik. Onun A seriyasındakı ilk mövsümü çox yaxşı keçdi. Ümid edirəm ki, növbəti mövsüm daha da yaxşı olacaq”.


Xatırladırıq ki, Xviçanın klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq.