UEFA ona ağır cəza kəsdi

5.06.2026 11:54 81
Dünya futbolu
Petr Vlaxovskinin aqibəti yenidən müəyyənləşib. UEFA çexiyalı məşqçiyə ömürlük qadağa tətbiq edib.

"Football-plus.az" xəbər verir ki, “The Athletic” nəşrinin məlumatına görə, qitə futbol qurumu mütəxəssisi istənilən futbol fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edib.

Vlaxovski əvvəllər qadınlardan ibarət “Slovatsko” komandasını çalışdırıb. O, futbolçular duşda olarkən onları gizli şəkildə lentə almaqda ittiham olunurdu. Məşqçi bu əməlinə görə 2023-cü ildə saxlanılmışdı. Məlumata görə, 2025-ci ilin mayında məhkəmə onu təqsirli bilərək 1 il şərti həbs cəzasına məhkum edib və Çexiyada 5 il müddətinə futboldan uzaqlaşdırıb.

İndi isə UEFA da ona qarşı sanksiya tətbiq edib. Qurumun məsələ ilə bağlı FİFA-ya dünya miqyasında qadağa tətbiqi üçün çağırış etdiyi bildirilir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul