“Karvan-Yevlax”ın futbolçusu Kayl Spens komandadan ayrılıb.
"Football-plus.az" xəbər verir ki, şotlandiyalı vingerin yeni klubu da məlumdu. O, “Makkabi”yə (Petah-Tikva) ilə anlaşıb. Bu barədə İsrail klubunun mətbuat xidməti məlumat yayıb..
29 yaşlı futbolçu başa çatan mövsüm "Karvan-Yevlax"da 34 oyuna çıxıb, 3 qol vurub və 6 qol ötürməsi edib.