"Qəbələ" Murad Musayevlə vidalaşdı

4.06.2026 16:27 33
Ölkə futbolu
“Qəbələ” Murad Musayevlə mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qəbələ”nin yetirməsi olan müdafiəçi 2012-2013-cü illər mövsümündə komandanın heyətində premyer-liqada debüt edib. O, “Qəbələ”nin heyətində premyer-liqasda və ölkə kubokunda 173 oyunda meydana çıxıb və 4 qol vurub. O, “Qəbələ”də 2023-cü ildə ölkə kubokunun qalibi olub.