WBC versiyası üzrə superağır çəki dərəcəsində çempion Tayson Füri (33-0) sosial şəbəkədə xanımı Perislə şəklini paylaşıb.
"Football-plus.az" xəbər verir ki, Perisin qucağında ailənin 7-ci uşağı var. Füri ailəsində 4-cü oğlan uşağı dünyaya gəlib. Uşağın adı hələ bilinmir. Peris “OK! Magazine”ə müsahibəsində belə deyib:
“Cocuğumuz dünyaya gəldiyinə görə çox xoşbəxtik. Qardaşları və bacıları onu görmək üçün səbirsizlənirlər. Oğlumuz ideal tamamlamadı, ona sevgimizin həddi-hüdudu yoxdu. Kiməsə belə tez vurulmaq ağılsızlıqdı”.
Xatırladaq ki, Füri növbəti döyüşü oktyabrın 28-də Ər-Riyadda Frensis Nqannu olə keçirəcək. 10 raundluq döyüşdə ortaya WBC kəməri qoyulmayacaq.